“Sadə qazaxlar bütünlüklə Azərbaycanın tərəfindədir”-Qazaxıstanın siyasi ekspertibackend

Beynəlxalq İqtisadiyyat Məktəbinin və A.M. adına Qazaxıstan Humanitar Hüquq Universitetinin baş müəllimi Emin Cabbarov Caliber-ə müsahibəsində Azərbaycanla Qazaxıstan arasında hazırkı əlaqəlari şərh edərkən bir çox məsələlərə toxunub.

“Yeni Gundem” xəbər verir ki, Qazaxlı ekspertin fikrincə,ilknövbədə Qazaxıstan Azərbaycanla hərbi əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirməli, sovet modelindəki Azərbaycan ordusunun müasir Silahlı Qüvvələrə necə çevrildiyini anlamalı, 44 günlük müharibə təcrübəsini, Cənub bölgəsində döyüş taktikasını öyrənməlidir:

“Sadə qazaxlar bütünlüklə Azərbaycanın tərəfindədir, bu, xüsusilə 44 günlük müharibə zamanı özünü büruzə verirdi, amma indi Qarabağ ərazisində separatçılara qarşı mübarizə gedəndə bu, həm də çox nəzərə çarpır. “İstanbuldan Çinə – 200 milyon türk”, türkçülük, türk həmrəyliyi ideyaları Avrasiya ölkələrində – istər cəmiyyətdə, istərsə də siyasətdə getdikcə daha çox üstünlük təşkil edir. Qazaxıstanda bu cür hisslər yalnız ildən-ilə artır. Amma qeyd edərdim ki, onlar özünəməxsus şəkildə inkişaf edirlər – dövlətdən xalqa yox, xalqdan dövlətə.Başqa bir mühüm məqam da var: indi Rusiyaya qarşı sanksiyaların blokadası səbəbindən Qazaxıstanın enerji resurslarını satması son dərəcə çətindir və Qazaxıstanın Ukrayna ilə müharibə səbəbindən mühüm tranzit arteriyası – Xəzər Transmilli Konsorsiumu ilə bağlı böyük problemləri var. Məhz buna görə də indi ölkə hökuməti Bakını neft-qaz qovşağı, öz resurslarının nəqli qovşağı kimi qəbul edir. Bu, türkçülük kimi ümumiləşdirilmiş dəyərlərə əlavə olaraq, Qazaxıstan rəhbərliyi üçün əhəmiyyətli praqmatik əməkdaşlıq xəttidir. Eyni zamanda qeyd etmək lazımdır ki, bir vaxtlar Azərbaycan Qazaxıstan bazarında özünü uğurla göstərib – məsələn, İranı Xəzəryanı Aktau şəhərindən taxıl ixracı, aqrobiznes, tikinti sektorunda sıxışdırıb çıxarıb. Qeyd edəcəm ki, indi Bakı qazaxlar arasında turizm istiqamətində çox məşhurdur – hətta sual-cavablı belə bir şüarımız var: “Milan, London, yoxsa Bakı? Bakı ən yaxşısıdır. Hər il bir çox qazaxlı Azərbaycanda istirahət edir və müşahidə etdiyim kimi, onlar çox razıdırlar. Bütün bunlar həm də ölkəmizdə Azərbaycanla bağlı təsəvvürdə özünü göstərir.Hesab edirəm ki, ilk növbədə Qazaxıstan Azərbaycanla hərbi əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirməli, sovet modelindəki Azərbaycan ordusunun müasir Silahlı Qüvvələrə necə çevrildiyini anlamalı, 44 günlük müharibə təcrübəsini, Cənub bölgəsində döyüş taktikasını öyrənməlidir. Qafqaz – bütün bunlar, fikrimcə, müasir Qazaxıstan üçün çox faydalı olardı.”-deyə o qeyd edib.

Fərahim Rəhimov