Şahbaz Xuduoğlu ilə Aysel Əlizadə arasında qalmaqal – “Bizimkilər öyrəniblər özgənin əriklərini yeməyi…”backend

“Qanun” nəşriyyatının icraçı direktoru Şahbaz Xuduoğlu ilə yazıçı Aysel Əlizadə arasında qalmaqal yaranıb.

“Yeni Gündəm”-in xəbərinə görə, buna səbəb A.Əlizadənin ərik dərdiyinə görə hücuma məruz qalması ilə bağlı “Facebook”da yazdığı statusa Ş.Xuduoğlunun “Bizimkilər öyrəniblər özgənin əriklərini yeməyi. Adam özü əkmədiyini, becərmədiyini yalnız bazardan almalıdır. Mən o kişiyə haqq verirəm. Ərik Bakıda çətin bitir. Daim su vermək lazımdır. İl boyu qulluq et, birdən çəpər dibindən keçən şairə ərik istəyir və iştahına məğlub olur. Məncə, kişi düz edib. Sovet vərdişlərinə son verin. Başqasının əməyinə hörmət edin. Özünüz becərmədiyinizi öz malınız hesab etməyin. Fərqi yoxdur, kitab olsun ya ərik…” rəyini yazması olub.

A.Əlizadə isə ona belə cavab verib: “Şahbaz Xuduoğlu məni dövlətlə şantaj edir. Küçədə ərik dərdiyim üçün yaşadığım hadisəyə şərh yazıb ki, bu dövlət ərik oğrularını bağışlamır, o əriyə görə sənlə dalaşan kişinin vəkilliyini özüm edəcəm. Çox sevinirəm, adamların özlərini sonacan gizlədə bilməmələri üçün ikicə cümlə bəs edir. Kitab oğurluğu ilə bağlı köşəmə dözə bilməyib, olsun.

Növbəti videoya da dözməz, inşallah. Mən sizdən fərqli olaraq bu dövlətdən qorxmuram, Şahbaz bəy. Dövlət hamımızı çox yaxşı tanıyır. Bu dövlət məni heç kimin işverən xislətinə görə cəzalandırmaz. Bunu ağlınızın bir yerində saxlayın. Bir dəfə biri cəhd elədi, yaxşı olmadı…”