Sahibə Qafarova: “Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgəri torpaqlarımızdan qovulana qədər davam etməlidir”backend

“Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatlarını uğurla davam etdirir. İndiyə qədər düşmənin yüzlərlə texnikası məhv edilib. Azərbaycanın gücünü görən bəzi beynəlxalq təşkilatlar artıq narahat olmağa başlayıb”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışır: “Hamımızın eyni fikri var: Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgəri torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu, belə olacaq. Zəfər savaşı qələbə ilə başa çatacaq”.