Sahibə Qafarova: “Ulu Öndəri böyük hörmət və həsrətlə yad edirik”backend

“Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 17-ci il dönümüdür”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova “Twitter” hesabında yazıb.

“Ulu Öndəri böyük hörmət və həsrətlə yad edirik. Onun əsasını qoyduğu güclü Azərbaycan Prezident İlham Əliyevin liderliyi altında günbəgün daha da güclənir, qüdrətli ölkə olur”, – deyə spiker paylaşımında qeyd edib.