Sahibkarlar tələbələrə iş təklif ediblərbackend

AzTU-dan “Yeni Gundem”-e bildirilib ki, görüşdə prorektor Xalıq Yahudov universitetin fakültələri və ixtisasları barədə məlumat verib.
“WE Club”un fəxri üzvü, Milli Məclisin deputatı Rüfət Quliyev bu görüşlərin artıq silsilə xarakter aldığını bildirib. O qeyd edib ki, “WE Club”un himayəsi ilə görüşlərin keçirilməsində məqsəd elmin istehsalatla əlaqəsini genişləndirmək və tələbələri öz sahələri üzrə işlə təmin etməkdir.
Tədbirdə çıxış edən sahibkarlar AzTU-nun magistr və doktorantlarına müəssisələrində təcrübə keçmələrini təklif ediblər və müvəffəqiyyət qazananların işlə təmin olunacağını bildiriblər.