Sahibkarlar tərəfindən verilən mükafat və təqaüdlər vergiyə cəlb olunurbackend

Muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən verilən maddi yardım, mükafat və təqaüdlərdən vergi tutulacaq.

“Yeni Gündəm”-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, verdi ödəmə mənbəyində tutulacaq.

Verginin tutulması öhdəliyinin yaranma vaxtı da müəyyən ediləcək.