Sahibkarlara ŞAD XƏBƏRbackend

“COVID-19” pandemiyasının milli iqtisadiyyata, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün Azərbaycan Prezidenti tərəfindən dövlət qurumları qarşısında ciddi vəzifələr qoyulub. “Caspian Energy Club”dan verilən məlumata görə, bunu  İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Caspian Energy Club”, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Vergi Xidməti ilə birgə təşkil olunan Online B2G Forum çərçivəsində deyib.

O, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramların, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən sənədlərin qəbul edildiyini bildirib.

Pandemiyanın iqtisadiyyata və sahibkarlığa neqativ təsirlərinin qarşısının alınması istiqamətində həyata keçirilən dəstək tədbirləri barədə məlumat verən nazir müavini, dəstək tədbirlərinin davam etdiriləcəyini, postpandemiya dövründə prioritet sektorları diqqətə çatdırıb.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə, xüsusilə də mikro və kiçik sahibkarlara göstərilən dövlət dəstəyi, o cümlədən bu istiqamətdə Agentlik tərəfindən görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. O, hazırkı şəraitdə sahibkarların biznes fəaliyyətini yaranmış şəraitə uyğunlaşdırmalı olduğunu qeyd edib