Sahil Babayev Naxçıvana getdibackend

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasındadır.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Muxtar Respublikada sosial sahədə idarəçilik və xidmətlərdə islahatlar proqramı üzrə görüləcək tədbirlərdən bəhs olunub, həmçinin Naxçıvan Muxtar Respublikasının yeni təyin edilmiş əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov kollektivə təqdim olunub.

Fərahim Rəhimov