Şahin İsrafilovla İnqilab Musayevin “Hesablaşma”biznesi.Bu pullar necə oğurlanıb?backend

Artıq bir aya yaxındırkı Xaçmaz məktəblərini kütləvi halda əhatə edən pul toplama marafonları uğurla davam etdirilir.

“Yeni Gündəm” xəbər verir ki, bu proses elə həssaslıqla aparılırki təşkilatçılar bütün detalları və bu istiqamətdə mövcud ola biləcək maneələri ustalıqla aradan qaldırmaq üçün olduqca əlverişli şərait formalaşdırıb.Məkətblərə toplanan bu vəsait elə kritik səbəblərlə əsaslandırılıbki kiminsə etiraz edib bu vəsaiti verməməsi üçün bir bəhanəsi qalmıyıb.

Axı bilirik ki, hamınızın əyri işi var.Bunu biz bildiyimiz kimi gələn audit qardaşlar da yaxşı bilir.Onlar da bilirsə deməli onlardan da böyükləri bilir.Bu “missiyya”nı yerinə yetirməsək necə ola biləcəyini xatırlatmağa gərək yoxdur.Ona görə bunu bir dövlət payı kimi anlamaq lazımdır.
Qeyd edək ki,bir müddət bundan əvvəl Hesablama palatasının 2 saylı maliyyə hesablaşma mərkəzinə gələn audit yoxlamasından sonra bütün təhsil müəssisələrində yüksək məbləğdə pul toplama marafonlarına start verilib.Hər məktəbin öz “yükü”var.

Ən minimal məbləğ 1000 manat ən yüksək məbləğ isə 10 000 manatdır.Bu vəsait isə məktəblərdə çalışan müəllimlərin dərs saatına uyğun olaraq bölüşdürülüb.Elə müəllim var onun payına 150-200 manat arasında pul düşüb.
Bu vəsait dövlətə köçürülür deyirlər. Həmdə deyirlərki bu bir borcdur.

Qeyd edək ki,Hesablama palatası dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılmasını təmin edən bir dövlət qrumudur.

Əldə etdiyimiz məlumata görə qrumun Xaçmaz məktəblərindəki yoxlaması zamanı ciddi maliyyə nöksanları aşkar edilib.Bir növ məktəblər dövlət büdcəsindən ayrılan vəsaitlərin aidyyatı üzrə sərf edilməməsinə görə cəzalandırılır.

Bəs bu pullar nə zaman və hara yoxa çıxıb?

Yenigundem.az