Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev martın 1-də Tanzaniya Birləşmiş Respublikasının Vitse-prezidenti Filip İsdor Mpanqo ilə görüşüb.
Bu barədə “Yeni Gundem”-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün əhəmiyyəti vurğulandı.ş
Azərbaycan ilə Tanzaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıldı.