Şahin Mustafayevə vəzifə verildibackend

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişib.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi Komissiyası haqqında” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, komissiya bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası adlandırılacaq.

Eyni zamanda qərarla Komissiyanın tərkibi yeni redaksiyada təsdiq edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyasının tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri.