Şahmat üzrə Avropa çempionatı təxirə salındıbackend

Şahmat üzrə Avropa çempionatı dünyada geniş vüsət alan koronavirus pandemiyasına görə təxirə salınıb.

“Yeni Gündəm”in xəbərinə görə, bu barədə Avropa Şahmat İttifaqının Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 18-29 may tarixlərində Sloveniyada keçirilməsi planlaşdırılan yarış 8-21dekabr tarixlərində baş tutacaq:

“Pandemiya və fors-major vəziyyətlə əlaqədar olaraq, Sloveniya Şahmat Federasiyası və Avropa Şahmat İttifaqı Avropa çempionatını 8-21 dekabr 2020-ci il tarixinə təxirə salmaq qərarına gəldi. Məkan eyni olaraq qalır”.