Şair Nazim Əhmədlinin kitabı Təbrizdə və Almaniyada çap olunubbackend

Tanınmış şair Nazim Əhmədlinin “Mein geliebtes fernes Meer” (Sevdiyim uzaq dəniz) adlı şeirlər kitabı Almaniyanın Köln şəhərində alman dilində çap olunub.

“Yeni Gündəm” xəbər verir ki, kitabı Azərbaycan dilindən Almaniyada yaşayan tanınmış türk yazıçısı, Orhan Aras və Azərbaycandan şair-tərcüməçi Yusif Savalan tərcümə edib.

Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlərdən nümunələr daxil edilib.

Nazim Əhmədlinin “Buludları üstümə ört” adlı daha bir kitabı Təbrizdə fəaliyyət göstərən “Aydın-Sav” nəşriyyatında çap olunub.

Kitabın naşiri Təbrizdə yaşayan yazıçı Nurəddin Müqəddəm, sifarişçisi şair Seyid Mahmud İbadi, ərəb əlifbasına çevirən isə şair Səxavət İzzəti Əndəlibdir.

Bu kitabda şairin müxtəlif illərdə yazdığı müxtəlif mövzulu şeirlər toplanıb.

Ayşən Rəhim