Sakinlər Göyçay Elektrik Şəbəkəsinin fəaliyyətindən narazılıq edir – VİDEObackend

Rayonun Cəyirli kənd sakinlərinin müraciəti əsasında kənddə çəkiliş apardığımız zaman işıq dirəklərinin, yüksək gərginlikli naqillərin, həmçinin transformatorların bərbad vəziyyətinə şahid olduq.

Gördüyümüz mənzərə həqiqətən də sakinlərin söylədikləri kimi, acınacaqlı, o cümlədən də olduqca təhlükəlidir. Belə ki, kənddə, əsas yolun kənarında yerləşən transformatorun qoruyucuları əriyərək hər an qısa qapanma təhlükəsi ilə üz-üzədir. İşıq dirəklərinin gözəlliyi göz qamaşdırır. Bu dirəklər sanki, Göyçay Elektrik Şəbəkəsinin rəhbər şəxslərinə təzim edir, bəziləri çürüyüb, bəziləri isə aşmış vəziyyətdədir.

Sakinlər qeyd edirlər ki, bu haqqda dəfələrlə 199 çağrı mərkəzinə və Rayon Elektrik Şəbəkəsinin rəisi Şahmar İbrahimova müraciət etmələrinə baxmayaraq, prablem bu günə qədər öz həllini tapmayıb.

Onlar kanalımız vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə və Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Vüqar Əhmədova müraciət edərək kənd ərazisindəki bu kimi problemlərin həlli üçün köməklik göstərilməsini xahiş edirlər. Gəlin daha ətraflı sakinlərin özlərini dinləyək: