Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru barəsində cinayət işi başlanmayıbbackend

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru barəsində cinayət işi başlanmayıb.

Xəbər vermişdik ki,Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri barədə toplanmış materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Yaxınlarının Qanunla.Az-a verdiyi məlumata görə,Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlu haqqda heç bir cinayət iş başlanmayıb,sadəcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən,Gigiyena və Epidemiologiya Mərkəzində yoxlamalar gedir.