Salyanda gənc qız qaçırıldıbackend

Salyanda gənc qız qaçırılıb.

Hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1992-ci il təvəllüdlü Səfərli Zöhrab Natiq oğlu və həmkəndlisi 2003-cü il təvəllüdlü Hüseynov Mirsabir Bəhrəm oğlu ilə birlikdə 1998-ci il təvəllüdlü Aliyə Alıyevəni (ad, soyadı şərti) rayonun Kürsəngi kəndi ərazisində zorla Mirsabir Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə oturduraraq evlənmək məqsədilə aparıblar.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır./Report