Salyanda gizli nişan mərasimi keçirənlər cərimələndi – Videobackend

Salyan rayonunun Noxudlu kənd sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

DİN-dən  verilən məlumata görə, məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.