Salyanda “patı” əməliyyatıbackend

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Yeni Gündəm”ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 45 yaşlı Elşən Qasımov saxlanılıb.    

Onun üzərinə  keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.