Salyanlı iş adamı “Draft Construction” MMC ilə bağlı prezidentə MÜRACİƏT ETDİbackend

Mən Hüseynov Təbriz Ağahüseyn oğlu 2018-ci ilin avqust-sentyabr aylarında “Draft Construction” MMC-nin sahibi Axundov Eldəniz Ağaəli oğlu ilə tanış olmuşam. Onunla tanışlıqdan qısa vaxt sonra Eldəniz Axundov mənə ortaq tikinti biznesi ilə məşğul olmağı təklif edib. Bundan az sonra mənim təsisçisi olduğum “Kotanlı BTK” MMC şirkəti ilə “Draft Construction” MMC tərəfindən birgə Nəsimi tayonu ərazisində köhnə binaların söküntüsü və onun yerində 16 mərtəbəli yaşayış binasının torpaq qatının qazılması işlərini həyata keçirmişik. Bu işə görə “Draft Construction” MMC aramızda imzalanmış müqavilə əsasında mənə 100 min manata yaxın nağd vəsait ödəyib. Bununla da Axundov Eldəniz Ağaəli oğlu mənim inamımı qazanaraq, aramızda yaxşı yoldaşlıq münasibətləri yaranıb.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə “Kotanlı BTK” MMC-nin təsisçisi Hüseynov Təbriz Ağahüseyn oğlu Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətində yazıb. Sahibkar Təbriz Hüseynov müraciətində “Draft Construction” MMC-nin sahibi Axundov Eldəniz Ağaəli oğlundan şikayət edib.
O bildirib ki, 2020-ci ilin yay aylarında “Draft Construction” MMC ilə Quba Olimpiya Kompleksinin tikintisi və Bakı-Rusiya magistral avtomobil yolunun Siyəzən rayon ərazisindən keçən hissəsində 1 kilometrlik asfaltın alt qatının bərkidilməsi işlərini görüblər:
“Bu işlərə görə, yəni Quba Olimpiya Kompleksinin tikintisi üçün “Draft Construction” MMC-nin mənə 203 min manat, Siyəzən rayon ərazisindəki asfaltın alt qatının bərkidilməsi işləri üçün isə 250 min manat borcu yaranıb. Ümumilikdə, “Draft Construction” MMC-nin mənə olan 453 min manat borc vəsaiti 3 ilə yaxındır ki, hələ də ödənilməyib.
Məlumat üçün bildirim ki, əslən Naxçıvandan olan Axundov Eldəniz Ağaəli oğlu “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşı oğludur.

Axundov Eldəniz Ağaəli oğlu ondan borcumu tələb etdiyimə görə dəfələrlə mənə hədə-qorxu gələrək, məni ölümlə təhdid edib.

Bu ilin avqust ayında Axundov Eldəniz Ağaəli oğlu məni Heydər Əliyev prospektindəki “Günəş” şadlıq sarayını qarşısına çağıraraq, yanında özü ilə gətirdiyi 5 nəfər hüquq-mühafizə orqanları əməkdaşları ilə bərabər mənə qarşı zor tətbiq edib, ağır küçə söyüşləri ilə təhqir edilmişəm.

Hörmətli cənab Prezident, mən uzun illərdən bəri Yeni Azərbaycan Partiyasının üzvüyəm, daim sizin yürütdüyünüz uğurlu dövlət siyasətini dəstəkləmişəm, indi də bu əqidəyə sadiqəm. Hazırda 3 azyaşlı övladım var. Amma Axundov Eldəniz Ağaəli oğlu məni və ailəmi işgəncə, stres və qorxu altında yaşamağa məcbur edir.
Axundov Eldəniz Ağaəli oğlunun mənə qarşı hədə-qorxu əməlləri hələ də davam edir. Artıq bu adamın mənə qarşı olan hədə-qorxularından xilas olmaq üçün çıxışı yolunu Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməkdə görürəm”.

T.Hüseynov müraciətində prezidentdən xahiş edir ki, Axundov Eldəniz Ağaəli oğlunun ona qarşı törətdiyi cinayət əməlləri barədə ədalətli araşdırma aparılmasın və hüquqi qiymət verilməsinə tapşırıq verilsin.

Tribunainfo.az