Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində “Çağdaşımız Nəsimi “adlı elmi-praktik konfrans keçirilmişdirbackend

Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində “Çağdaşımız Nəsimi “adlı elmi-praktik konfrans keçirilmişdir.

“Yeni Gundem” in məlumatına görə,tədbirə Türkiyə Azərbaycan Dernekleri Federasiyonunun sədri Bilal Dündar,Azərbaycan Dillər Universitetinin Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov,Şamaxı rayon Təhsil Şöbəsi metodkabinet müdiri Ağakərim Ömərov,Türkiyədə yerləşən Azərbaycan Qarabağ Azadlıq Cəmiyyətinin sədri Cafer Dal,İSBAM-ın sədri Samir Adıgözəlov,İSBAM sədrinin müşaviri ,Beynəlxalq sülh səfiri Yasəmən Möhübbətqızı,İSBAM sədrinin müşaviri Samir Şahverdiyev, Sima Babayeva , Qobustan şəhər 3 saylı tam orta məktəbin direktoru Əlibəy Abduləzizov ,məktəb müəllimləri və şagirdlər iştirak etmişdilər.Tədbir ilk olaraq məktəbin adını daşıyan şəhid Alxan Alxanovun abidəsi önünə gül dəstələrinin qoyulması ilə başlamış,daha sonra məktəbin akt zalında davam etmişdir.Tədbirdə məktəbin direktoru Gülnurə Babaşova qonaqları Nəsimi yurdundan salamlamış, tədbirdə iştiraklarına görə minnətdarlığını bildirmişdir.Daha sonra konfrans öz işinə başlamışdır.Ardıcıl olaraq qonaqlar çıxış etmiş,məktəb şagirdlərinin Nəsimi yaradıcılığı haqqında araşdırdıqları məruzələri və Nəsimi şeirlərindən ibarət ifaları dinləmişlər.Daha sonra Bilal Dündar məktəbin direktoru Gülnurə Babaşovaya “Türkiyə Azərbaycan dostluğun”da fəal əməkdaşlıq etdiyi üçün rəhbəri olduğu qurum adından TƏŞƏKKÜRNAMƏ təqdim etmişdir.Eyni zamanda bir il öncə təqdim etdiyi təşəbbüslə Derince Kocaelide yerləşən Cümhuriyyət orta okulla Sabir qəsəbə tam orta məktəbinin gələcək əməkdaşlığının qurulması və məktəb şagirdlərinin bu əməkdaşlıqdan yararlanması üçün maraqlı təklif və təşəbbüslər təqdim etmişdi.Tədbirdə çıxış edən Qobustan məktəbinin müəllimi Sədaqət xanım Nəsimi yaradıcılığı haqqında maraqlı fikirlər söyləmiş,Qobustan məktəblilərinin hazırladıqları rəsm əsərlərini qonaqlara hədiyyə etmişdir.Qarşılıqlı olaraq Sabir qəsəbə tam orta məktəbin də IX sinif şagirdi Aysun hazırladığı əl işlərini qardaş məktəb nümayəndələrinə və qonaqlara hədiyyə etmişdir.Məktəbin məzunu, gənc və həvəskar şair Orxan Səlifov İ.Nəsimiyə həsr etdiyi şeiri ilə tədbir iştirakçıları qarşısında çıxış etmişdir.Məktəbin dərnək rəhbəri Sevda Əhmədovanın rəhbərliyi ilə Nəsimi şeirlərinə həsr edilmiş musiqi ifaları şagirdlərin təqdimatında tədbir iştirakçılarına təqdim edilmiş və onları valeh etmişdir.Tədbirin sonunda qonaqlar məktəb şagirdləri ilə xatirə şəkli çəkdirmiş ,Şamaxı şəhərində yerləşən İ.Nəsiminin abidəsini ziyarət etmiş , önünə gül dəstələri qoymuşdular.