Şamaxıda nə baş verir? - SENSASİON DETALLAR - FOTOLAR
Telegram
Şamaxı rayonunda məmur özbaşınalığı pik həddə çatıb. Bununla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.
KONKRET.az-ın Araşdırma Qrupu bu məlumatları yerində dəqiqləşdirmək və şikayətçilərlə görüşmək üçün Şamaxıya ezam olunub. Rayonda əldə etdiyimiz informasiyalar, müraciət və şikayətlər bir yazıya sığan deyil. Odur ki, materiallar silsilə şəkildə tirajlanacaq. Həmin materialların əksər hissəsi Şamaxı Rayon İcra Hakimiyyətinin özü ilə bağlıdır. İcra hakimi Tahir Məmmədov başda olmaqla ona tabe olan məmurların fəaliyyəti ilə bağlı detallı məlumatlar deməyə əsas verir ki, ölkənin hüquq-mühafizə orqanları, Hesablama Palatası, Maliyyə Nazilriyi və digər müvafiq dövlət qurumları hərəkətə keçməli, qeyd olunan məlumatların səhihliyi dəqiqləşdirilməli, günahkarlar müəyyən edilərək ciddi cəzalandırılmalıdır.
Əldə olunan məlumatlardan biri Şamaxı Rayon İcra Hakimiyyətinin ərazi və yerli özünüidarəetmə şöbəsinin müdiri Mərdan Nəhmətovla bağlıdır. İddialara görə, adıçəkilən məmur rayonda əsas söz sahiblərindən biridir. İcra başçısının sağ əli olmaqla rayonda tikinti işlərinə, icra nümayəndələri və kənd bələdiyyə başçılarının təyinatına birbaşa nəzarət edir. Redaksiyamıza daxil olan məlumatlarda vəzifə sahiblərinin adları və tutduqları vəzifəyə görə verdikləri rüşvətin siyahısı təqdim edilib.
1
Mahmudov Asim Mirələm oğlu
Adnalı kənd icra nümayəndəsindən Çarhan kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub
18.000
2
Mahmudov Sarvan Məhəmmədəli oğlu
Adnalı kənd icra nümayəndəsi müavinindən Adnalı kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub
10.000
3
Həsənov İlyas Bayram oğlu
Adnalı kəndi baş mühasib vəzifəsinə təyin olunub
5.000
4
Ağasiyev Vüqar İlqar oğlu
Quşçu kənd icra nümayəndəsinin müavini vəzifəsindən Quşçu kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub
10.000
5
Bayramov Afyətdin Ağahəsən oğlu
Quşçu kənd baş mühasib vəzifəsindən Quşçu kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub
8.000
6
İstrafilov Sofu Xubayar oğlu
Quşçu kəndinə baş mühasib vəzifəsinə təyin olunub
5.000
7
İbrahimov Şıxlar Gülpaşa oğlu
Birinci Çaylı kəndinə baş mühasib vəzifəsinə təyin olunub
5.000
8
Rəsulov İlyas Adil oğlu
Cabanı kənd icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub
8.000
9
Bəşirov Səməndər Ulduz oğlu
Cabanı kənd icra nümayəndəsinin müavini vəzifəsindən Qonaqkən kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub
5.000
10
Əzizov Namizəd Şıxağa oğlu
Sabir qəsəbəsi icra nümayəndəsinin müavini vəzifəsinə təyin olunub (qohumdu
5.000
11
Cəbrayılov Tural Sahib oğlu
Məlhəm kənd icra nümayəndəsinin müavini vəzifəsindən Mərzəndiyə kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub
10.000
12
Feyzullayev Arif Qərib oğlu
Kələxana kənd icra nümayəndəsi vəzifəsindən Mədrəsə qəsəbəsi icra nümayəndəsi vəzifəsinə təyin olunub (qohumudu)
5.000
13
Mustafayev Xamis Xanmusa oğlu
Şərədil kənd icra nümayəndəsinin müavini vəzifəsindən Şərədil kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub
5.000
14
Ədilov Şəmsi Hafiz oğlu
Bağırlı kəndinə baş mühasib vəzifəsinə təyin olunub
5.000
15
Abdulrazaqov Fuad Rafiq oğlu
Muğanlı kənd icra nümayəndəsi vəzifəsindən Məlhəm kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub
20.000
16
Məmmədov Mehman Ataş oğlu
Kələxana kənd icra nümayəndəsi vəzifəsinə təyin olunub
10.000
O da bildirilir ki, hər bir icra nümayəndəsinə şöbə müdiri tərəfindən motorola telefonları paylanıb və aylıq onlardan 20 manat pul toplanır. Maraqlıdır, görəsən, yerli məmurlara ayrı-ayrılıqda belə telefonların paylanması nəyə xidmət edir?
Uzun illər saxta diplomla Qobustan rayon hərbi komissarı işlədiyi iddia edilən Mərdan Nəhmətov, görünür, kimlər üçünsə əsl “fərasət dağarcığıdır”. Ona görə də rayonda “daşdan da pul çıxarır” deyib hər işdə “irəli verirlər”.
“Daş” dedim yadıma Nəhmətovların ailə məzarlığı düşdü. Şöbə müdiri rayonun təmiri zamanı alınan və ya sökülən daş üzlükləri doğmalarının qəbir daşlarına vurdurmağa cəhd edib. Deyəsən, qarşısı qismən alınıb. Bu da əlahəzrət faktlar.
Qeyd edildiyi kimi, torpaq və tikinti icazələrinə birbaşa Nəhmətov özü nəzarət edir. Şamaxıda bir sıra bahalı yerlərdə torpaq və villalara, obyektlərə sahib olduğu barədə konkret fotoşəkillər və sənədlər var. Bu adam o qədər harınlayıb ki, Heydər Əliyev prospektindəki evinin yanında obyektlər tikməklə yolu qanunsuz olaraq tamamilə bağlayıb. Adam insanların gözünün odunu elə alıb ki, hətta şəhərin mərkəzindəki villasının yanından belə rahat hərəkət etmək iqtidarında deyillər. Evinin qabaq tərəfində yolun üstündə tikdirdiyi kafe, market, moyka, dönərxana sakinlərin yolunu bağlayıb. Daha doğrusu, Nəhmətov özü hərəkəti məhdudlaşdırmaq üçün qadağa qoyub, üstəlik, yolun ortasına bir boru da basdırıb.
Sakinlər bildirirlər ki, dəfələrlə şikayət etdiklərinə baxmayaraq, bu barədə heç bir tədbir görülmür.
Məmur özbaşınalığı o həddədir ki, Şamaxıda Mərdan Nəhmətov kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özünə villa da tikdirib. Görünən odur ki, şöbə müdirinin iştahı ona o qədər güc gəlib ki, dövlət başçısının fikirlərinə belə önəm vermək haqqında heç nə düşünə bilmir. Xatırladaq ki, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə məmurlara bildirib ki, “Ətraf mühitə böyük ziyan vurulur, qanunsuz işlər görülür, torpaqlar zəbt edilir, ağaclar kəsilir, yerində evlər tikilir, kənd təsərrüfatı təyinatlı torpaqlarda aidiyyəti olmayan obyektlər inşa edilir. Özbaşına heç kim heç bir iş görə bilməz. Qaydalar nədir, qanunlar nədir, hər kəs ona əməl etməlidir.
Torpaqların zəbt edilməsi, meşə fondunun məhv edilməsi və digər xoşagəlməz hallar olmamalıdır. Yəni, bu hallara dözümlülük sıfır dərəcəsində olmalıdır”.
Kənd təsərrüfatlı torpaq sahəsində qanunsuz ev tikintisi
Keçmiş “voyenkom” rayonda “unikal idarəetməsi” və hegemonluğu ilə ad çıxarıb. Deyilənə görə, qəbuluna gələn vətəndaşların əksəriyyətini təhqir etməklə insident yaradır və qadın-kişi bilmədən onlardan özü polisə şikayət edir.
Şamaxı rayon Quşçu kənd sakini Alişan Zülfüqarovun dediklərindən:
“Oğlum, İkinci Qarabağ müharibəsi veteranı Zülfüqarov Seymur Alişan oğlu analığı ilə birlikdə dəfələrlə rayon icra hakimiyyətində olub, müvafiq işlə təmin olunmaqları barədə müraciət ediblər. Lakin bizə oradan dəfələrlə eşitdirirdilər ki, pul verməsən, mümkün deyil. Son anda oğlum hərbiyə qayıtdı və MAXE kimi xidmətini davam etdirir. Dəfələrlə icra başçısı Tahir Məmmədovun qəbulunda da olmuşam. Bu yaxınlarda Mərdan Nəhmətov yoldaşımı qəbul edib, iki azyaşlı uşağının yanında nalayiq sözlərlə təhqir edib. Ona görə belə edir ki, bir də icra hakimiyyətinə şikayətə gəlməsin. Bir akt da yazdırıb ki, guya xanımım orada kimləri isə təhqir edib, hökumətimizi söyüb. Və onu verib polis idarəsinə. Mən də yoldaşımı götürüb getdim Vüsal adlı təhqiqatçının qəbulunda oldum. Mənə dedi ki, sənin yoldaşın xuliqanlıq edib. Soruşdum ki, bunun 3 azyaşlı uşağı var. Görün bu, xuliqana oxşayır? Hələ icra hakimiyyətində digər işçilər akta utanmazcasına qol çəkiblər. Polis idarəsindən dedilər ki, bəs qadın 70 manat cərimə edilməlidir. Dedim bəs həyat yoldaşım puldan, işdən ötrü gedib də qəbula. Bunun pulu hardandır? Yenə sağ olsunlar, polislər elə məsləhət elədilər, ərizəni götürdülər geri. Amma görünən odur ki, icra hakimiyyətinin məmurlarının məqsədləri bizi dövlətdən narazı salmaqdır. Hələ qəbula gələn başqa xanımları 102-yə zəng etməklə içəriyə saldırmağa cəhd edib. Vətəndaş məmnunluğu budurmu? Cənab Prezidentdən xahiş edirik, bu özbaşınalığa son qoyulsun. İcra başçısı Tahir Məmmədov hara baxır?”.
Qeyd edək ki, bir neçə gün bundan öncə Cümşüd Nuriyev “Reaksiya” TV-yə açıqlamasında sensasion açıqlama ilə çıxış etmişdi. Həmin çıxışı olduğu kimi təqdim edirik:
“Azərbaycan hakimiyyəti daxilində öz mövqeyini və yığdığı pulları qorumaqdan ötrü çox güclü müxalifət formalaşdırılır. 5-ci kolon timsalında həm Rusiya, həm də İran. Mən bir araşdırmanın nəticəsini deyəcəm. Son günlərdə İran Çin taktikasını seçib. Yəni ilanı Seyid Əhməd adı ilə tutmaq. Hal-hazırda İran molla sistemindən imtina edib. Qeyd edək ki, əvvəl bunlar bozbaş mollaları ilə təbliğata keçmişdilər. Amma indi bir az ağıllanıblar, başqa taktika seçiblər. Bunlar harda ki, Azərbaycanda vəsait ayrılan yerlər var və ora İran öz adamını yerləşdirir. Məndə konkret faktlar da var. Bu, ən çox infrastrukturun formalaşdığı yerlərdir. Qarabağı çıxmaq şərtilə. Əsasən hansı bölgələri ki, turizmin inkişafı ilə bağlı vəsait ayrılır, o bölgələrdə bunlar fəaliyyətə başlayıb. Mən qısaca Şirvanda apardığım tədqiqatın nəticəsini deyə bilərəm. Şamaxı, Ağsu, Qobustan, İsmayıllı və Kürdəmir. Bu beş rayonda bütün infrastruktur bir adamın əlində cəmləşib.
Birmənalı şəkildə icra başçılarının elə özləri ondan qorxur. Çünki həmin icra başçıları üçün Bakıda ofislər, mülklər alınıb. Həmin icra başçıları birmənalı şəkildə bölgələrdə şəhid və qazi ailələrinə bir növ soyuq münasibətə başlayıb. 8 martda şəhid ailələrini qəbub edən icra başçılarının əksəriyyəti bu il nə bir şəhid anasını qəbul edib, nə onun bayramını təbrik edib. Amma əvvəl bu ənənə olub. Eyni zamanda Novruz bayramında nə şəhid, nə qazi ailələrinə icra başçıları baxmırlar. Niyə görə? Çünki bunların arxasında İranın, Ocaq Necatın Azərbaycanda yerləşdirdiyi və ayrı-ayrı nazirliklərdə işləyən çox yüksək vəzifəli adamlar durur. Onlar hətta icra başçıları haqqında gələn şikayətlərin qarşısını çox ustalıqla alırlar. Bu rayonda bütün infrastruktur layihələrinə rəhbərlik edən həmin adam bir rayona ayrılan 33 milyon pulu mənimsəyib və icra bşçısına Bakıda 3 milyona bahalı ev alıb”.