Şamil Ayrım Bakıya gəlib – FOTObackend

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım ölkəmizdə səfərdədir.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabında paylaşım edib.

“Bu gün ziyarətimizə gələn TBMM Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, İstanbul millət vəkilimiz Şamil Ayrım bəyə təşəkkür edirəm. Faydalı bir söhbət oldu”, – deyə səfir bildirib.