Samir Aşurov niyə saxlanılıb?backend

Ötən ay Almaniyadan readmissiya (dövlətlərdən birinin ərazisində qeyri-qanuni yaşadığı aşkarlanan şəxsin mənşə dövlətə ötürülməsi) olunan, siyasi fəal kimi tanınan Samir Aşurovun saxlanılması ilə bağlı məlumatlar yayılıb. Sosial şəbəkələrdə onun siyasi mövqeyinə görə saxlanıldığı iddia olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, aprelin 19-da saat 21 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

E.Hacıyev qeyd edib ki, faktla bağlı Nizami RPİ-də CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb, Samir Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdrilir.