Samir Əliyev: “Əyalət uşağı” kimi anlayışlar əhəmiyyətini itiribbackend

“İndi artıq şəhər və rayonlar, kəndlər arasındakı fərq minimuma düşüb. Neft pulu hesabına Bakının yenidən qurulması olmasaydı, bu fərq ümumiyyətlə olmazdı”.

“Yeni Gundem”-in xəbərinə görə, bunu ekspert Samir Əliyev bildirib.

“Dünya getdikcə kiçilir. Ucqar bir kəndən çıxmış uşaqlarımız dünyanın aparıcı universitetlərində təhsil alırlar. İnsanlarımız Nyu-Yorkda, Londonda, Parisdə, Moskvada yaşayırlar. İnsanların dünyagörüşü çox artıb və artıq “əyalət uşağı” kimi anlayışlar əhəmiyyətini itirib”, – S.Əliyev qeyd edib.