Samux sakinində narkotik aşkar olunub – FOTObackend

Samux sakinində narkotik aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Gündəm”in yerli bürosuna verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, İlqar Ələsgərov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “tiryək” aşkar edilib. Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.