SANKON Xocalı Soyqırıma aid film çəkəcəkbackend

Türkiyəli rejissor Xocalı Soyqırıma aid film çəkəcək

Türkiyənin Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyasının (SANKON) dəstəyi ilə Xocalı Soyqırımına həsr olunmuş film çəkiləcək.

Bu haqda SANKON-ın direktor müavini, rejissor Murat Uygur məlumat verib.

Rejissor bildirib ki, 1992-ci ildə fevral ayının 26-da Xocalı şəhərində Ermənistan tərəfindən sivil Azərbaycan xalqına yaşadılan bu qırğını dünyaya unutdurmamamaq üçün SANKON şirkətinin dəstəyi ilə bu il, 2020-ci ildə film çəkmək haqqında qərar verilib. O, filmin çəkilişlərinə yaxın vaxtlarda başlanılacağını qeyd edib.

Murat Uygur eyni zamanda filmin çəkilməsinin təşəbbüskarı, Türkiyəli iş adamı, SANKON-un başqanı Ferudun Cevahiroğluna təşəkkür edib.

Qeyd edək ki, film Türkiyə və Azərbaycan dövlətinin səlahiyyətlilərinin iştirakı ilə ictimaiyyətə təqdim olunacaq.