Sarkisyandan etiraf: “Mürəkkəb məsələ olsa belə, Azərbaycanla…”backend

“Fransa və Almaniya ikinci dünya müharibəsindən sonra eyni tərəfdə ola bildilər. Türkiyə ilə Ermənistan da bir-birinin mədəniyyətinə və tarinə tolerantlıqla yanaşmalıdır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sarkisyan deyib. O, Rusiya mətbuatına açıqlamasında Türkiyə ilə münasibətlərin həllinə toxunub.

“Mürəkkəb məsələ olsa belə, Azərbaycanla problemlərin həll olunmasını istərdim. Türkiyə ilə də yaxşı münasibətlər qurmaq gözəl olardı, amma bu daha çətindir. Axı biz tarixi necə unuda bilərik? Ermənistan verdiyi qərarlara görə təkcə öz vətəndaşları qarşısında deyil, bütün ermənilər qarşısında cavabdehdir. İnsanlar gələcəkdə daha həssas suallar verə bilərlər”, – Sarkisyan Etiraf edib.

Publika.az