Şarl Mişel Azərbaycana gəlirbackend

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər edəcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Şarl Mişelin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir.

“Bunun üçün Aİ Şurasının Prezidenti iyulun 16-18-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, Ermənistan Prezidenti Armen Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

İyulun 19-da Şarl Mişel Batumi beynəlxalq konfransında iştirak edəcək və Gürcüstan Prezidenti Salome Zurabaşvili, Baş nazir İrakli Qaribaşvili, Moldova Prezidenti Maya Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək”, – deyə Aİ Şurasının Prezidentinin sözçüsü bildirib.