Saxta silahla şokolad oğurladıbackend

Belçikanın paytaxtı Brüsseldə bir şəxs saxta silahla supermarketdən şokolad oğurlayaraq qaçıb.

“Yeni Gundem” xəbər verir ki, həmin vaxt vəzifədə olmayan polis əməkdaşı tərəfindən tutulan şəxs polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb.

Məlumata görə, ötən həftə Belçikanın paytaxtı Brüsselin Molenbeek rayonunda supermarketdən polisə silahlı soyğunçuluq barədə məlumat daxil olub. Hadisə yerinə gedən polis qrupları, bir şəxsin silahla hədələyərək supermarketdən bir neçə paket şokolad oğurladığını və piyada qaçdığını öyrənib.

ÜSTÜNDƏN OYUNCAQ TABANCA VƏ ŞOKOLAD TAPILDI

Həmin vaxt vəzifədə olmayan polis əməkdaşı aldığı məlumatla şübhəli şəxsi izləyərək bir neçə küçə kənarda yaxalayıb. Axtarış zamanı şübhəli şəxsdən saxta silah və bir neçə bağlama şokolad götürülüb. Bazardan saxta silahla şokolad oğurlayan şəxs polis idarəsində dindirildikdən sonra sərbəst buraxılıb. Polisin quldurluqla bağlı araşdırmalara başladığı bildirilib.

Digər tərəfdən, oxşar hadisə fevral ayında İstanbulda baş vermişdi. Çekmeköydə bank şöbəsinə girən şübhəli silahla hədə-qorxu gələrək seyfdən 130 min lirə götürərək qaçıb. Bankdakı polis məmuru və ətrafdakı şəxslər təqibdən sonra şübhəlini pulla birlikdə yaxalayıb. Şübhəlinin banka girərkən əlində olan silahın oyuncaq silah olduğu öyrənilib.

Mənbə: TGRT

Aynur Camal