Səbail bələdiyyəsinin üzvləri və əməkdaşları qan vermə aksyasında – FOTOLARbackend

Səbail bələdiyyəsinin üzvləri və əməkdaşları könüllü qan vermə aksyasına qoşulublar. 

“Yeni Gündəm” xəbər verir ki, 4 iyul 2020-ci il tarixində Səbail bələdiyyəsinin üzvləri və qulluqçuları könüllü olaraq qan vermə aksyasına qoşulublar.

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın çağırışı və təşəbbüsü ilə ölkəmizdə könüllü qanvermə aksiyaları keçirilir. Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, bələdiyyə üzvləri və qulluqçuları karantin rejiminin tələblərinə əməl etməklə qan xəstəliyindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədi ilə qan veriblər.Buta.ws

Mehriban Xəlilli