Səbuhi Abbasov 9 yaşlı Ayxana görə müraciət etdi: ‘GƏLİN BİRLİKDƏ XİLAS EDƏK’backend
47 Saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd Səbuhi Abbasov 9 yaşlı Ayxana görə iş adamlarına müraciət etdi:
“Əziz dostlar, dəyərli mingəçevirlilər, ölkəmizin dəyərli iş adamları, xahiş edirəm, videoya SONA QƏDƏR BAXIN! Məsələ burasındadır ki, yüzlərlə insanla bir araya gəlirik, müxtəlif formatlı görüşlər edirik. Ancaq yüzlərlə insan mesaj qutuma yazır, onları ziyarət etmələrini xahiş edirlər. Sevə-sevə gedirəm. Ancaq bu paylaşımım sırf kömək, yardım istəmək məqsədi daşıyır. Əvvəlcə düşündüm təbliğat-təşviqat dönəmi bitsin, sonra videonu paylaşım, bir çıxış yolu tapım. Ancaq uşağın vəziyyəti çox ağırdır, çox ağırdır əziz insanlar, balamız əzab çəkir, hər gün biraz daha ölür, gedir əlimizdən Ayxan! Düzdür, dostlarıma zəng etdim, gəldilər, yerində az-çox nəsə kömək etdilər. Ancaq bu bəs etmir, uşağa kompleks dəstək lazımdır. Aidiyyatı qurumlardan xahiş eirəm məsələni ciddi nəzarətə alsınlar. Yurdumun xeyirxah iş adamlarına üz tuturam, gəlin bu balanı xilas edək. İnşallah Heydər Əliyev Fondu da öz diqqətini göstərər, uşağın müalicəsi üçün lazımi tədbirlər görər. Ancaq zaman çox azdır, çox…”