Səbuhi Abbasov: “Prezidentin səsləndirdiyi fikirlər regionun siyasi mənzərəsinin real təsviri idi”backend
“Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirdiyi fikirlər regionun siyasi mənzərəsinin real təsviri idi”.
Bu sözləri Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına münasibət bildirərkən internet-media ekspert, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov bildirib.

 

Onun sözlərinə görə bu çıxış həm də gələcəyin yenidən, sülh şəraitində qurulmasının konturlarını göstərdi:
“Prezident İlham Əliyev faktlarla danışdı, dünyanın faktiki olaraq bildiyi, ancaq qəbul etmədiyi məqamları şura üzvlərinin diqqətinə çatdırdı. Hər kəs gözəl bilirdi ki, Ermənistan Cənubi Qafqazın cənnəti sayılan Qarabağın həm yerüstü, həm də yeraltı sərvətlərini talan edib və bunu tək etməyib, İran və Avropa şirkətləri ilə birlikdə edib. Minlərlə vətəndaşımızın evi, tarixi-mədəni abidələrimiz sökülərək, talan edilib, İrana və Ermənistana daşınıb. Daşınması mümkün olmayan əmlaklar isə vandalcasına məhv edilib.
 Məscidlərimiz, məbədlərimiz nəinki talan edilib, təhqir olunub və bu İranın gözü qarşısında baş verib. Ən dəhşətlisi isə odur ki, erməni və iran narkotacirləri bu ərazini qlobal narkotranzitə çevirmişdilər. Bu artıq regional deyil, qlobal təhlükəsizliyə təhdid idi. Bütün bunları 30 il ərzində dünya birliyi görmürdümü? Bəli, Ali Baş Komandanın dediyi kimi, ordumuz BMT-nin 30 ildə icra etmədiyi qətnamələri icra etdi. İndi isə, dünyada analoqu olmayan surətlə Qarabağı yenidən cənnətə döndərəcəyik” – deyə S.Abbasov qeyd edib.