Səbuhi Rəcəbin seçicilərlə növbəti görüşü keçirildi-Fotolarbackend

25 yanvar 2020-cu il tarixində Parlament seçkilərinə 13 saylı Xəzər-Pirallahı Dairə Seçki Komissiyası (DSK) tərəfindən namizədliyi qeydə alınan Səbuhi Rəcəbin qəsəbə sakinləri ilə görüşü keçirilib.

“Yeni Gündem” xəbər verir ki, toplantıda çıxış edən, şəhid ailələri, elm və mədəniyyət xadimləri, sadə insanlar, təqaüdçülər, istedadlı gənclər onun barəsində ən xoş sözlərini ifadə edib, uğurlar diləyiblər
Seçicilər bildirdilər ki Səbuhi Rəcəbə inanırlar. Çünki o həmişə xalqın içində olub, xeyriyyəçiliyi ilə insanların qəlbinə çoxdan yol tapıb,qapısı hər zaman şəhid ailələrinin və imkansız ailələrin üzünə açıq olub.

Səbuhi Rəcəb çıxışında vurğulayıb ki, mən Prezidentimizin və Xalqımızın xidmətçisiyəm. Ölkə başşısının siyasətini dəstəkləyir, bu günə qədər gördüyüm işlərlə yanaşı bundan sonra da vətən, millət üçün əlimdən gələni edəcəyəm.
Sonda Səbuhi Rəcəb onun dəvətini qəbul edərək məclisə gələn seçicilərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Mərdəkan Mədəniyyət sarayında keçirilən görüşə yüzlərlə seçici gəlmişdi. Açıq hava şəraitində baş tutan görüş saatlarla davam etsə də, heç kəs görüşün bitməsini istəmirdi.Çünki görüşdə səmimiyyət vardı. Görüş illərdi ömrünü xeyriyyəçiliyə həsr etmiş, hər kəsin sevdiyi bir namizədlə idi.
Vüsalə Qələndərli