“Seçkilər demokratiyanın üz qabığıdır” – Məzahir Pənahovbackend

“Demokratiyanın üz qabığı seçkilərdir. Seçkiləri təşkil edən isə Mərkəzi Seçki Komissiyasıdır”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, MSK çox ciddi orqandır: “Biz seçkilərin keçirilməsinin məsuliyyətinin nə qədər yüksək olduğunu bilirik. Buna görə də işimizi demokratik prinsipləri əsas götürərək qururuq”.