Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb ləğv olundubackend

Siyasi partiyaların Milli Məclisinin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə ləğv ediləcəyi ilə bağlı tələb aradan qaldırılıb.

Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bu maddə əksini tapmayıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı olduqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq.