“Sədərək”də mağazaya basqın edən şəxs tutuldubackend

“Sədərək” ticarət mərkəzində mağazaya basqın edən şəxs tutulub.

Bu barədə “Yeni Gundem”-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Qardağ rayonunda yerləşən ticarət mərkəzində quldurluq əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Elnur Əmənov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.