Sədərək TM sökülür? – RƏSMİ AÇIQLAMAbackend

Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər həqiqəti əks etdirmir.

“Yeni Gündəm” xəbər verir ki, bunu Sədərk Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.

O bildirib ki, yayılan məlumatlar yalandır:

“Ticarət Mərkəzinin sökülməsindən söhbət gedə bilməz. Yayılan videoda ticarət mərkəzinin cərgələrində aparılan təmir işləri əks olunub. Ticarət mərkəzindəki cərgələrdə olan dükanların qarşısı təmizlənir, mağazaların giriş hissəsinə şüşə vitrinlər quraşdırılır. Bu o məqsədi daşıyır ki, mağazaların içərisindəki mallar kənardan görünsün və müştəriləri daha tez cəlb etsin. Həmçinin havaların isti keçməsi ilə bağlı yanğın təhlükəsizliyi məqsədilə ərazi təmizlənir”.

Xatırladaq ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzindən paylaşılan videoda adıçəkilən mərkəzin sökülərək köçürülməsi ilə bağlı fikirlər səsləndirilib.

Trend