“Sədərək” yenidən cərimələndibackend

“Sədərək” Firmasına yenidən cərimə protokolu yazılıb.

“Yeni Gündəm”-in məlumatına görə, firma barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

İş hakim Teymur Qurbanovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: “Sədərək” Firmasının təsisçisi Yusif Qədimbəylidir.

Xatırlatma: Firma daha əvvəl də eyni xətai ilə cərimələnmişdi.Pravda.az