Səfər Mehdiyev gömrükdə unu necə bahalaşdırır? – İqtisadçı açıqladıbackend
Tanınmış iqtisadçı Nazim Bəydəmirli xaricdən əla növ un alıb Azərbaycana gətirərkən gömrük orqanlarının hansı əngəllər və süni qiymət artımına səbəb olan maneələr yaratdığını açıqlayıb.
Sahibkarın hesablamalarına görə aldıqları unun bir kisəsini gömrük və vergilərini ödədikdən sonra 5%-lik qazancla Azərbaycanda 30 manatdan satmaq mümkündür. Sadəcə gömrükdə olan məlum problemlər, ölkədəki monopoliya unun Azərbaycan bazarına gətirilməsinə əngəl olur.
N.Bəydəmirli bildirir ki, unu neçəyə almaq fərq etmir, gömrük 400 dollardan hesablayır:
“Gömrük üçün idxal qiymətləri fərq etmir. Rusiyadan müxtəlif ölkələrə un və taxıl məmulatları ixrac etmişik. İraqa, Əfqanıstana təchizatımız olacaq. Unun qiymətini sabit saxlamaq üçün ƏDV götürülməlidir. Bizə taxıl əsasən Rusiyadan əsas gəlir. Bizə sahibkar müraciət etdi və min ton un istədi. Hesabladıq ki, unun kisəsi 30 manata idxal olunub satışa çıxarıla bilər və ilkin protokol imzaladıq. Amma gömrük orqanları öz bildikləri bəyannamənin qiymətini müəyyən edirlər. Deyirlər ki, bəyannamə qiyməti 400 dollardan hesablanacaq”.
İqtisadçı hesab edir ki, beləliklə, süni qiymət artımı yaranır: “1 tonu 320-330 dollara olacaqdı, kiçik rəqabət yarana bilərdi. Həmin iş adamları gömrüklə üz-üzə gəlməkdən çəkindilər. Amma əla növ unu 30 manata satmaq niyyətim var. Əgər gömrük orqanları mane olsalar, cəmiyyət xəbərdar olacaq”./Reportyor.info