Səfirlik: Britaniya diplomatik nümayəndəliklərin qorunmasına zəmanət öhdəliyinə ciddi yanaşırbackend

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyən məlumat yayıb.

“Yeni Gündəm” xəbər verir ki, məlumatda bildirilib:

“Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. 8 nəfər həbs edilib. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır”.