Səfirliyimizə hücum edən terrorçunun FOTOsubackend
Xəbər verdiyimiz kimi, Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
“Yeni Gundem” xəbər verir ki, hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Hücum anının videogörüntülərindən məlum olur ki, terrorçu səfirliyin bütün əməkdaşlarını öldürməyi planlayıb. Səfirliyin mühafizəçisinin çevik müdaxiləsi nəticəsində böyük bir itkinin qarşısı alınıb.
Azərbaycan səfirliyinə hücum edən terrorçunun fotosunu təqdim edirik: