Şəhid ailələrinə Novruz sovqatı paylanılıb – FOTOLARbackend

“Mənim Dünyam” mərkəzi və “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin nümayəndələri Novruz bayramı ərəfəsində şəhid ailələri ilə görüşüblər. Onlar şəhid ailələrinin qayğıları ilə maraqlanıblar. 

Görüşdə şəhidlik zirvəsinə ucalmış igidlərimiz haqqında xoş təəssüratlar bölüşülüb, onların müharibədəki igidlik və şücaətlərindən danışılıb. Qeyd olunub ki, hər bir şəhidimiz xalqımızın qəlbində əbədi yaşayacaq.

Novruz bayramı ilə əlaqədar ailələrə bayram sovqatı təqdim olunub.