Şəhid ailəsini 5 illik ev növbəsində gözlətmək kimin işinə yaradı? – ŞİKAYƏT (FOTOLAR)backend

Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da bir o qədər şərəflidir.

Azərbaycan xalqı əsrlər boyu mənfur düşmənlərlə mübarizə aparmış və bu mübarizələrdə igidlik sərgiləyən, vətən uğrunda canlarından keçmiş şəhidlərimiz hədsiz sayda çoxdur.

Vətən uğrunda canlarından keçmiş hər bir şəxs şahidlik zirvəsinə ucalmışdır. Məhz Azərbaycan respublikasının prezidenti cənab prezident İlham Əliyev Şəhid ailələrini düşünərək, onların həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox qərarlar qəbul etmiş və sərəncamlar imzalamışdır. Bu sərəncamlardan biri də  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müstəqilliyin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə də əlil olmuş şəxslərin və Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti 2014 cu il 20 iyun tarixli 569 nömrəli sərəncamıdır.

Və bununla bağlı bir cox güzəştlər etmişdir. Lakin bu güzəştlərdən yararlana bilməyən Şəhid ailəsi Buta.ws-ə öz şikayətini bildirib.

O qeyd edirki:

“Mən şəhid övladıyam. Adım və soyadım isə Orxan Təbriz oğlu Rüstəmov 1992-ci ildə atam Təbriz Abuzər oğlu Yaqubov Ağdərə uğrunda gedən döyüşlərdə Şəhid olub. Anam Yaqubova İradə Vaqif qızı 2012-ci ildə əməliyat zamanı dünyasını dəyişib. Özüm isə ailəliyəm iki övladım var. Bir də qardaşım var hamımız eyni evdə qeydiyatdayıq. 2 otaqlı evdə 8 nəfər yaşıyırıq.  Qardaşım Fuad Təbriz oğlu Rüstəmov işi ilə əlaqədar xaricdədir. Ailəlidir 2 ovladi var.

2007-ci ildən Şəhid ailəsi kimi anam ev növbəsində idi. 5 il ərzində bizə bəhanələr gətrilərək ev verilmədi. Anamdan zamanında Əmək və Əhalinin Müdafiəsi Nazirliyində bu işin alınması üçün qeyri-rəsmi formada pul tələb etmişdilər (Yəni Rüşvət). Bu pulun məbləği isə 3500 manat təşkil edirdi. Bizim pulu verməyə gücümüz çatmadı. Anam 2012-ci ildə vəfat etdikdən sora bizi ev növbəsində çıxardılar”, – deyə şikayətçi bildirib.

Şəhid oğlu əlavə olaraq onu da qeyd etdi ki, onun hüququ şəhid ailəsi kimi qəsb edilib.

“Cənab prezident İlham Əliyev çıxışında 2-3 ilə bütün bu kateqoriyadan olan insanların mənzil probleminin həll ediləcəyini tapşırdı. Amma məsələnin bu həddə çatmasının 3 səbəbkarı var. Nazirlik, o zamanki Binəqədi rayon İcra başçısı Xaləddin İsgəndərov və o zaman, həm də hal-hazırda Binəqədi rayon İcra Hakimiyyətində 1-ci müavin işləyən İlqar Süleymanov. Əlimdə bu məsələyə dair sənədlər də var.

Biz də, sayt olaraq öz növbəmizdə aidiyyatı qurumlardan bu məsələyə etinadsız yanaşmamalarını və məsələyə yenidən baxılmasını xahiş edirik.

Mehriban Xəlilli