Şəhid Azərin 20 gün əvvəl toyu olubmuş…backend

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azər Mustafa oğlu Məmmədovun da nəşi ailəsinə təhvil verilib.

“Yeni Gundem”-in məlumatına görə, şəhidimiz bu gün dəfn olunacaq.

Qeyd edək ki, Qazaxın Kəmərli kəndindən olan şəhidimiz DSX-də xidmət edirdi. Sosial şəbəkələrdə yayılan məlumata görə, onun 20 gün əvvəl toyu olmuşdu.

Allah rəhmət eləsin.