Şəhid Həsənağa Abdullazadənin anım tədbiri keçirildi – FOTOLARbackend

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Vətən müharibəsinin şəhidi Həsənağa Şakir oğlu Abdullazadənin anım tədbiri keçirildi.

Şəhid Həsənağa Abdullazadənin anım tədbiri keçirildi

“Yeni Gündəm” xəbər verir ki , Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad edilib. Mərasimdə çıxış edənlər şəhid Həsənağa Abdullazadənin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı ,vətən uğrunda mübarizənin vacibliyi ,tarix yazan qəhraman şəhidlərin and yerimizə ziyarət yerimizə çevriləcəklərini bildirdilər.

Anım mərasimində şəhid ailələri, vətən müharibəsinin bir sıra qaziləri Yenigündəm.az saytının baş redaktoru Təbriz Məhərrəmoğlu aktrisa Telli Hüseynova və təşkilatçı Xəyalə Əfəndiyeva iştirak ediblər .

Qeyd edək ki, 9 mart 1993-cü ildə Lənkəran şəhərində dünyaya göz açmış şəhid Həsənağa Abdullazadə 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşdə şəhadətə yüksəlmişdir. Şəhid , ” Vətən uğrunda” medalı ” Kəlbəcərin azad olunmasına görə ” medalı və “Rəşadət ” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!