Şəhid İlqar Verdiyevin atası vəfat edibbackend

Azərbaycan Ordusunun şəhid kapitanı İlqar Verdiyevin atası Tapdıq Verdiyev vəfat edib.

Bu barədə mərhumun həyat yoldaşı Rəna Verdiyeva bildirrib.

Xatırladaq ki, kapitan İlqar Verdiyev bir müddət Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini vəzifəsində işləyib.

2008-ci ildə o, cəbhə bölgəsinə bölük komandiri vəzifəsində xidmət etməyə göndərilib.

2012-ci il iyunun 9-dan 10-na keçən gecə mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyev cəbhənin Goranboy rayonu istiqamətində minaya düşmüş hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi, mayor Zahir Məmmədovu ərazidən çıxarmaq istəyərkən özü də minaya düşüb. İlqar Verdiyev bir neçə gün komada qalandan sonra 2012-ci ilin iyunun 14-də şərəfli şəhidlik zirvəsinə yüksəlib.

Mərhum zabit ailəli idi, Kamran və Orxan adlı iki oğlu, Əminə adlı bir qızı yadigar qalıb.

Allah rəhmət eləsin…

Modern.az