Şəhid İxtiyar Əliyev Goranboyda dəfn edildibackend

Vətən müharibəsinin şəhidi İxtiyar Əliyev anadan olduğu Goranboy rayonunda dəfn olunub.

“Yeni Gündəm”-in xəbərinə görə, şəhid Goranboy rayonunun Goranlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində rayon İcra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvüləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edib.

Allah rəhmət eləsin.