Şəhid Kamal Kamallının doğum günü qeyd olundu – VİDEObackend
Bu gün Vətən müharibəsinin iştirakçısı şəhid gizir Kamal Kamallının doğum günüdür.

“Yeni Gündəm” xəbər verir ki, şəhidimizin ilk ad günü doğulub boya-başa çatdığı evdə böyük izdihamla keçirilib. Keçirilən tədbirdə şəhidin yaxınları və qohumları, şəhid ailələri, qazilər, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı şəhid Kamalın müharibə zamanı göstərdiyi böyük şücaətlərdən danışılıb.

Qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsi 44 gündən sonra başa çatdı. Amma bu müharibə bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərdi. Onlar arasında elə ölümü ilə dastan yazanlar, dillər əzbərinə çevrilənlər də oldu, Kamal Kamallı kimi. Şəhid Kamal evin son beşiyi olub. Ondan böyük qardaşı və bacıları var.

O, 2014-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında kiçik gizir olaraq xidmət edib. Bundan sonra o baş “gizir” hərbi rütbəsi alıb.

General-mayor Polad Həşimovun Tovuz döyüşləri zamanı şəhid olmasından sonra öz istəyi ilə Şəki şəhər Hərbi Komissarlığına müraciət edib.

Kamal Kamallı Şəki şəhərinin Şəki kəndində dəfn edilib.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən Kamal Kamallını ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.