Şəhid Muxtar Qasımlının anım tədbiri keçirildi – FOTOLARbackend

Bu gün Azərbaycan Silahlı qüvvələrinin baş leytenantı 2-ci Qarabağ müharibəsi şəhidi Muxtar Əli oğlu Qasımlının anım tədbiri keçirildi.

“Yeni Gündəm” xəbər verir ki , Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad edilib. Mərasimdə çıxış edənlər şəhid Muxtar Qasımlının keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı ,vətən uğrunda mübarizənin vacibliyi ,tarix yazan qəhraman şəhidlərin and yerimizə ziyarət yerimizə çevriləcəklərini bildirdilər.

Anım mərasimində şəhid ailələri, vətən müharibəsinin bir sıra qaziləri Yenigündəm.az saytının baş redaktoru Təbriz Məhərrəmoğlu aktrisa Telli Hüseynova və təşkilatçı Xəyalə Əfəndiyeva iştirak ediblər .

Qeyd edək ki, 23 fevral 1993-cü ildə Bakıda dünyaya göz açmış şəhid Muxtar Qasımlı 2 oktyabr 2020-ci ildə Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşdə şəhadətə yüksəlmişdir. Fitnes üzrə Azərbaycan çempionu olmuş şəhid ölümündən sonra ” Vətən uğrunda ” medalı və ” Füzulinin azad olunmasına görə ” medalı ilə təltif edilmişdir.