Şəhid Vəli Mustafayevin sevgilisi Azərbaycan qadınının ümumiləşmiş obrazının davamıdırbackend

Ələddin Kəsəmənli yazır

Həyat sevgilərlə, bu sevgilərdən yaranan sevinc və kədərlərlə doludur. Sevgi-bu müqəddəs hiss kimini xoşbəxt, kimini bədbəxt edir, kimi onu bir ömür doyunca yaşayır, kimi isə sevgi adlı yolçuluqda nakam bir yolçuya çevrilir. Bu yolda görünən yalnız xatirələr və xəyallar olur.  

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərində xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman Şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Mustafayev Vəli Ceyhun oğlunun Şəhid olduğu xəbərini eşidən sevgilisi özünü yaşadıqları binadan ataraq intihar edib. 

Vəli şəhid olandan sonra, ürəyinə başqa sevginin sığmayacağını başa düşən sevgilisi özünü binadan ataraq, intihar etdi. Sadəcə həmişə səni sevdim. Gecə səhərə qədər səni düşündüm. Gecə sənin yanında olmağı istədim və bu gecə sənsizliyə lənət etdim. Yuxumu haram etdim özümə. Sənsizliyin acığın gözlərimdən aldım və bu gün hər şeyi dəyişdirəcək bir fürsət düşdü əlimə. Və bu fürsət məni sənin yanına apardı.

Mən səndən çox uzaqlara getdim, bəlkə səni unutdurmaq istəyirlər. Məni Bakıda, səni isə Ağstafada dəfn etməklə? Səndən uzaqlardaydım, amma səni görmək üçün hər gecə Bakıdan Ağstafaya gəlirəm. Həmdə hər gecə gəlirəm. Gəlib sənə baxıram, səni sevirəm və əyilib hər gecə yanağından öpürəm. Sən isə hər gecə gözlərini açıb baxarkən yanına həmişəlik gəldiyimi zənn edirsən. Amma məni görməyib təkrarən yuxuya dalırsan. Sabah bir-birimizi sevməyimizin ikinci il dönümüdür.  Həmişə sən gəldin mənim yanıma, bu dəfə də mən gələcəm sevgilim. Sənin hər dəfə qəlbin döyünərək ağrıyanda mən sənin yanında olurdum.

Amma birdə unutmamış deyim ki, sinəndə daşıdığın mənim qəlbimə yaxşı bax. Çünki göz yaşlarımla adını yazdım ora. Səni səndən çox sevən bir sevgi var qəlbimin içində.

Biz cənnətdə qovuşduq.

Ruhları şad olsun!